Tovuzda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

13 Aprel 2020 00:32 (UTC+04:00)

Tovuzda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

SİA xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

1996-cı il təvəllüdlü Nabat Əliyeva bədəninin 2-ci dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə göndərilib.

Məlumata görə, qadın üstünə qaynar su tökülüb.