Teymur Rəcəbov bu gün start götürən onlayn şahmat turnirində məğlub olub

12 Aprel 2020 23:22 (UTC+04:00)

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında mübarizə aparıb.

SİA xəbər verir ki, 8 şahmatçının mübarizə apardığı yarışda T.Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb — 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb. Qalan turlar isə heç-heçə ilə nəticələnib.

David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.

Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.