İspaniyalı tennisçi Rafael Nadal 2019-cu ildə açıq Fransa çempionatının finalında geyindiyi futbolkanı xeyriyyə hərracına təqdim edib.
SİA xəbər verir ki, hərracda tennisçinin futbolkası 22,4 min dollara satılıb.
Hərracda digər idmançıların da geyim və əşyaları satışa çıxarılıb. Ən baha qiymətə R.Nadalın futbolkası satılıb.
İkinci ən dəyərli satış sabiq basketbolçu Xuan Karlos Navarronun futbolkası olub (6,7 min). Mərhum basketbolçu Kobi Brayantın idman ayaqqabıları isə 6,6 min dollar müqabilində sahibini tapıb.
Hərracdan əldə olunan gəlir koronavirus infeksiyası ilə mübarizə üzrə aidiyyəti qurumlara təhvil verilib.