Tovuzda bir ailənin beş üzvünün zəhərlənməsi faktı qeydə alınıb

12 Aprel 2020 21:47 (UTC+04:00)

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində qeydə alınıb.

Bir ailənin beş üzvü - 1957-ci il təvəllüdlü Əhmədova Xanım Sabir qızı, 1986-cı il təvəllüdlü Əhmədov Taleh Əli oğlu, 1995-ci il təvəllüdlü Cəfərova Aysel Cümşüd qızı, 2014-cü il təvəllüdlü Əhmədov İlkin Taleh oğlu və 2015-ci il təvəllüdlü Əhmədov Nihat Taleh oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri qənaətbəxş hesab olunur.