İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 19 899 nəfərə çatıb

12 Aprel 2020 22:00 (UTC+04:00)

İtaliyada yeni növ koronavirusdan (COVİD-19) sutka ərzində 431 nəfər dünyasını dəyişib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 19 899 nəfərə çatıb.

Bundan əlavə, ötən sutka ərzində daha 4 092 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 156 363 nəfərə çatıb.