Abşeron rayonunun ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

12 Aprel 2020 18:59 (UTC+04:00)

Abşeron rayonunun ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident rayonun Qobu qəsəbəsində qeydə alınıb.

SİA Abşeron Rayon Polis İdarəsinə istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Kərimov Mahir Vahid oğlu ağır xəsarət alıb. O, təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı M. Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.