Formula 1 Avstriya Qran-Prisi nəzərdə tutulan vaxtda keçirilə bilər

12 Aprel 2020 13:40 (UTC+04:00)

Formula 1 Avstriya Qran-Prisi nəzərdə tutulan vaxtda – iyulun 5-də keçirilə bilər.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu sözləri Avstriyanın idman naziri Verner Koqler deyib.

V.Koqler bildirib ki, yarışı Formula 1 təqvimində nəzərdə tutulan vaxtda təşkil etməyə şansımız böyükdür. Təşkilatçılar bütün önləyici tədbirləri həyata keçirməlidirlər. Yürüşün azarkeşsiz keçirilməsi də müzakirə mövzusudur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilməyib. Belə ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin təşkili isə sual altındadır.