Madonnanın 3 yaxını koronavirusa görə öldü

12 Aprel 2020 10:10 (UTC+04:00)

Məşhur amerikalı müğənni Madonnaya 1 gün ərzində 3 itki üz verib.

SİA-nın məlumatına görə, 61 yaşlı ifaçı "İnstaqram" səhifəsində ona yaxın olan şəxslərin koronavirusdan dünyasını dəyişdiyini bildirib: "Son 24 saat ərzində mənim əmim oğlu, cangüdənimin qardaşı və mahnılarımı remiks edən Orlando Puerto COVİD-19 virusundan vəfat edib. Onları bir gün içində itirdim. Bu, mənim əhval-ruhiyyəmə pis təsir etdi".

Qeyd edək ki, Madonna koronavirusla mübarizəyə 1 milyon dollar pul bağışlayıb.