"Bavariya" Leroy Sanenin transferi üçün 50 milyon avro ödəməyə hazırdır

12 Aprel 2020 05:01 (UTC+04:00)

"Bavariya" "Manchester City"nin futbolçusu Leroy Sanenin transferi üçün 50 milyon avro ödəməyə hazırdır.

SİA xəbər verir ki, "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigenin qardaşı Mixael Rummenige açıqlamasında 24 yaşlı oyunçunun transferinin yaxın zamanda baş tuta biləcəyini deyib. Transfer məbləğinin 2019-cu il avqustun 4-də İngiltərənin superkuboku üzrə matçında L.Sanenin aldığı zədədən əvvəl 100-150 milyon avro arasında dəyişsə də hazırda 50 milyon avro təşkil edəcəyi bildirilir.

Leroy Sane "Manchester City"ə 2016-cı ildə alman "Shalke" klubundan transfer edilib. İngilis klubunda futbolçu 134 oyun keçirib, 39 qol vurub və 45 ötürmə edib.