Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

12 Aprel 2020 07:33 (UTC+04:00)

Aprelin 11-dən 12-nə keçən gecə Hönşü adasının şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

SİA "gazeta.ru" saytınaa istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Güclü yeraltı təkanlar Tokio, Saytama, Toçiqi, Çiba və Fukuşima prefekturalarında da hiss olunub.