ABŞ tarixində ilk dəfə ölkə ərazisində genişmiqyaslı təbii fəlakət rejimi tətbiq edilib

12 Aprel 2020 06:52 (UTC+04:00)

Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib. Beləliklə ABŞ tarixində ilk dəfə bu rejim bütün ölkə ərazisində tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir "Twitter" səhifəsində bildirib.

"Tarixdə ilk dəfə olaraq prezident eyni anda ölkənin bütün 50 ştatında genişmiqyaslı fəlakət rejiminin mövcud olduğunu elan edib", - D.Dir yazıb.

Son məlumatda ABŞ-da 519 453 nəfərin koronavirusa yoluxduğu və 20 071 nəfərin dünyasını dəyişdiyi bildirilir. Hazırda ABŞ koronavirus qurbanlarının sayına görə İtaliyanı ötərək dünyada birinci yeri tutur.