Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

12 Aprel 2020 01:19 (UTC+04:00)

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər veri ki, hadisə Şirvan şəhəri Natəvan küçəsində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobil yolu keçən şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Ramil Ramiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.