BOK prezidentinin Yaponiya səfəri koronavirus pandemiyası səbəbindən ləğv edilib

12 Aprel 2020 01:46 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiya səfərini ləğv edib.

Sİ xəbər verir ki, qurum başçısının “Gündoğar ölkə”nin iki şəhərinə planlaşdırılan səfəri baş tutmayacaq.

Baxın mayda gerçəkləşməli olan səfərinə koronavirus pandemiyası imkan verməyib. BOK prezidentinin Yaponiya paytaxtı Tokioya səfərinin məqsədi ölkənin 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunlarına hazırlığı ilə tanışlıq xarakteri daşıyırdı.
Almaniyalı, həmçinin, Xirosimada Olimpiya məşəlinin estafetini ziyarət etməli idi. Lakin bu estafet də təxirə salınıb.

BOK səfərin baş tutmamasını Yaponiya hakimiyyətinin ölkəyə girişlə bağlı məhdudiyyətlər tətbiq etməsi ilə izah edib.