İrlandiyada son sutkada COVİD-19 virusundan 33 ölüm və 553 yeni yoluxma halı təsdiqlənib

12 Aprel 2020 00:55 (UTC+04:00)

İrlandiyada koronavirusa yoluxanların sayı sutka ərzində 553 nəfər artıb.

SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə xidmətinin saytında deyilir.

"COVİD-19 virusundan son sutkada 33 ölüm və 553 yeni yoluxma halı təsdiqlənib", - qurumun məlumatında bildirilir. Ölkədə ümumilikdə koronavirusdan ölənlərin sayı 320 nəfərə, yoluxanların sayı isə 8928 yüksəlib.