"Neftçi"nin keçmiş baş məşqçisi istefa verdi

11 Aprel 2020 22:01 (UTC+04:00)

Slovakiya "Nitra"sını çalışdıran "Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko istefa verib.

SİA "sportarena.com" saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstefanın səbəbi haqda məlumat verilməyib.

Qeyd edək ki, "Nitra"nın ukraynalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var idi.

Xatırladaq ki, A. Demyanenko 2008-ci ildə "Neftçi"ni çalışdırıb.