Azərbaycanın XİN Yəməndə elan edilmiş atəşkəsi alqışlayır

11 Aprel 2020 21:32 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşkəsi alqışlayır.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bəyanatda qeyd edilir: "Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək".