Şabran rayonunda ana və oğlu qətlə yetirilib

11 Aprel 2020 20:48 (UTC+04:00)

Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.