"Neftin qiyməti 60-70 dollar səviyyəsin qayıda bilər" BEYNƏLXALQ EKSPERT

11 Aprel 2020 12:53 (UTC+04:00)

“OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı razılaşması nəticəsində neftin dünya bazarında qiyməti 40 dollara yüksələcək. Hazırda prosesin yavaş irəliləməsi neft anbarlarının çox olmasıdır”. SİA-nın xəbərinə görə, bunu Küveytin neft bazarları sahəsindəki mütəxəssisi Xujad Bu Khedr açıqlayıb.

“OPEC sazişi neft bazarının fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir. Artıq əsas göstəricilərə - WTI və Brent markalı neftin qiyjmətlərinə təsir göstərib”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bazarda neft qiymətlərinin bu tarixi anlaşmaya reaksiyası o qədər də sürətli olmaya bilər: “Çünki, hazırda bazar neft anbarları ilə doludur, neft tankerləri boşaltmağı gözləyirlər. Ona görə də OPEC sazişinin bazara təsiri yavaşdır”.

“Mən ilin ikinci rübündə neftin dünya bazarında qiymətinin 40 dollar və biraz daha artıq səviyyəyə qalxaraq sabitləşəcəyini proqnozlaşdırıram. Lakin qiymətlər tədricən artacaq”, deyə Bu Khedr qeyd edib.

Mütəxəssis, razılaşmanın dünyada neft ticarətinə əhəmiyyətli təsir göstərəcəyini gözləyir.

OPEC + sazişinin tarixən əhəmiyyətli olduğunu deyən ekspert qeyd edib ki, qara qızılın bahalaşması nıəıticəsində qlobal iqtisadiyyatın bərpası altı ay ərzində başlaya bilər: “Bu, neftə tələbatın artacağını və qiymətlərin potensial olaraq bir barel üçün 60-70 dollar səviyyəsinə qayıda biləcəyini göstərir".