Bakıda axtarışda olan şəxs tutuldu

11 Aprel 2020 12:45 (UTC+04:00)

Bakıda dələduzluq edən şəxs saxlanılıb. SİA-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Nrimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Şamiyevə və B.Əsədova qarşı dələduzluq etməkdə şübhəli bilinən T.İsmayılov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində “Great Wall” markalı bir avtomobildən 829 manat pul və mobil telefon oğurlaması, həmçinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.