HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir FOTO/VİDEO

11 Aprel 2020 10:40 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.