"Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ölkəsində yaşadığı yeri dəyişib.
Qolaz xarici KİV-lərə istinadən xəbər verir ki, o, ailəsi ilə birgə yaşadığı Madeyra adasındakı villasında qalmaqdan bezdiyi üçün yeni ev kirayələyib. 35 yaşlı oyunçunun karantin günlərinin qalan hissəsini yeni villada keçirəcəyi bildirilib. Ronaldonun iki mərtəbəli villa üçün həftəlik 4 milyon avro ödədiyi bildirilir.