Bu gün yeni parlamentlərarası işçi qrupu təyin edilib

16 Aprel 2011 03:14 (UTC+04:00)
Azərbaycan parlamenti bu gün yeni parlamentlərarası işçi qrupunu təyin edib. SİA-nın məlumatına görə, bu Azərbaycan- Malta arasında parlamentlərarası işçi qrupudur. Qrupa sədr Qüdrət Həsənquliyev seçilib. Q.Həsənquliyev əvəllər Azərbaycan- Belçika parlamentlərarası işçi qrupunun rəhbəri idi. Onun yerinə isə millət vəkili Elxan Süleymanov seçilib.