Ukraynada 334 tibb işçisində COVID-19 virusu aşkar olunub.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlayıb.
“Biz 2203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçiləridir. Biz onların şəxsi mühafizəsi üçün gündəlik olaraq avadanlıqlarla təmin edirik”, nazir belə deyib.
Ümumilikdə, Ukraynada 2203 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, onlardan 69 nəfər ölüb, 61 xəstə isə sağalıb.