Rüştü Reçber koronavirusa qalib gəldi

10 Aprel 2020 23:26 (UTC+04:00)

Türkiyə millisinin sabiq üzvü Rüştü Reçberin son koronavirus testi neqativ çıxıb.

SİA xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Reçber özünün "İnsaqram" hesabında yazıb. O, veteran qolkiperin tam sağaldığını bildirib.

Qeyd edək ki, R.Reçber ötən ayın sonu koronavirusa yoluxmuşdu.