İtaliyada tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılıb

11 Aprel 2020 00:24 (UTC+04:00)

İtaliyada koronavirus pandemiyasının qarşısını almaq üçün tətbiq olunan karantin və məhdudlaşdırıcı tədbirlər mayın 3-dək davam etdiriləcək.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte “RAI” dövlət televiziyası ilə yayımlanan mətbuat konfransında bildirib.

“Məhdudlaşdırıcı tədbirlər mayın 3-dək uzadılacaq. Bu bir qərar vermək asan deyil, ancaq vacibdir. İndi təslim olsaq hər şeyi yenidən başlamalı olacağıq”, - Konte belə deyib.

O, eyni zamanda etiraf edib ki, karantin səbəbindən bağlanan müəssisələrin fəaliyyəti bu müddətdən daha təz bərpa oluna bilər: “Mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”.