Türkiyənin 30 şəhərində və Zonquldağ əyalətində komendant saatı tətbiq edilir

11 Aprel 2020 00:08 (UTC+04:00)

Türkiyənin 30 şəhərində və Zonquldağ əyalətinin bütün ərazisində koronavirusla mübarizə çərçivəsində komendant saatı tətbiq edilir.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Aprelin 11-i saat 00:00-dan aprelin 13-ü saat 00:00-dək 30 şəhərdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbəkir, Ərzurum, Əskişəhər, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon və Van) və Zonquldağ əyalətində bütün vətəndaşlarımızın küçəyə çıxması qadağan edilir".

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 47 029 nəfərə çatıb, 1006 nəfər vəfat edib.