Rusiyanın İrkutsk vilayəti, Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.
SİA xəbər verir ki, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“İlkin məlumatlara görə, yanğın qəsdən törədilib. Müəssisənin binalarından biri yanğına məruz qalıb”, - deyə agentliyin mənbəyi bildirib. Onun sözlərinə görə, cümə günü gecə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub, bu müddətdə məhkumlar yanğın törədiblər. Yanğının söndürülməsi üçün işlər görülür.
Hüquq müdafiəçisi Pavel Qluşçenko “TASS”-a bildirib ki, müəssisədə hazırda iğtişaşlar səngiyib. Bütün giriş yolları bağlanıb. Hüquq müdafiəçisi məhbuslar arasında ağır yaralıların olduğunu da bildirib.