Lavrov koronavirusla mübarizə tədbirlərini müzakirə etdi

10 Aprel 2020 17:56 (UTC+04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Fələstinin Baş naziri Məhəmməd Şteya telefonla dünyada koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər. SİA RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Söhbət əsnasında koronavirus pandemiyası ətrafındakı vəziyyət və Rusiya ilə Fələstin səlahiyyətliləri tərəfindən infeksiyanın yayılmasına qarşı mübarizə və onun mənfi nəticələrini zərərsizləşdirmək üçün görülən tədbirlər müzakirə edilib", deyə nazirliyin məlumatında bildirilir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1.4 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 85.5 mindən çox insan həyatını itirib.