20 dəqiqədə koronavirusu aşkarlamaq olacaq

10 Aprel 2020 17:25 (UTC+04:00)

Rusiya Federal Biotibb Agentliyi koronavirusun aşkarlanması üçün çip əsasında yeni test sistemini təqdim edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sistem vasitəsilə testin nəticəsini 15-20 dəqiqə ərzində əldə etmək mümkün olacaq.

Rusiya Federal Biotibb Agentliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, ilyarım əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsovanın göstərişi ilə Troitsk Mühəndislik Mərkəzində Göstərici-Bio cihazı hazırlanıb. Bu gün xüsusi cihaz mikrofluid çiplər əsasında təqdim edilmiş test sistemi bu cihazda istifadə üçün hazırlanıb.