Bakı sakinindən narkotik vasitələr götürülüb

10 Aprel 2020 17:20 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini N.Əmircanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar ediliərək götürülüb.