Aviadaşıyıcı gəmisində 50 koronavirus xəstəsi aşkarlandı Şarl de Qoll

10 Aprel 2020 17:05 (UTC+04:00)

Şarl de Qoll aviadaşıyıcı gəmisində olan 50 nəfərdə koronavirus aşkarlanıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, göyərtəsində COVID-19 üçün sınaqlar Fransa Silahlı Qüvvələrinin tibbi xidməti tərəfindən aparılıb və ekipaj üzvlərinin koronavirus əlamətləri olması barədə məlumat əldə olunub.

Xatırladaq ki, bu günə qədər Fransada 118 785 virus infeksiyası hadisəsi qeydə alınıb. Son məlumatlara görə, dünyada 1,6 milyondan çox koronavirus infeksiyası aşkarlanıb.