15 mindən çox insan koronavirusdan ölüb İspaniyada

10 Aprel 2020 16:57 (UTC+04:00)

İspaniyada 15 843 nəfər koronavirusdan ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində ölkədə koronavirusdan 605 ölüm halı qeydə alınıb.

Xatırladaq ki, İspaniyada ümumilikdə 157,022 nəfər virusa yoluxub və bunlardan 55 668 nəfər sağalıb.
Qeyd edək ki, bu günə qədər dünyada 16,1 milyondan çox koronavirus infeksiyası qeydə alınıb.