Bakıda 100-ə yaxın avtobus sərnişindaşımaya cəlb edilib AÇIQLAMA

10 Aprel 2020 15:50 (UTC+04:00)

"Hazırda Bakıda 7 ekspress marşrut xətti üzrə 100-ə yaxın avtobus sərnişindaşımaya cəlb edilib". SİA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, bir o qədər də avtobus metro stansiyalarının qarşısında saxlanılır və ehtiyac olduğu təqdirdə onlar da sərnişindaşımaya cəlb olunur.

Onun sözlərinə görə, son günlər sərnişindaşımada artım var: "Aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 2-3-də daşınan sərnişinin sayı 550 -570 min arasında olub. Aprelin 4-də 490 230, aprelin 5-də, yəni bazar günü 177 209 sərnişin daşınıb. Aprelin 6-7-də 370-390 min arasında sərnişin daşınması həyata keçirilib. Aprelin 8-i 420 mindən çox, aprelin 9-da isə 450 mindən çox sərnişin daşınıb".

Bundan başqa, M.Ağayevin sözlərinə görə, insanlar xüsusi karantin rejiminini pozmaqda davam edir: "Sərnişinlərimizə müraciət edərək bildirirk ki, onlar xüsusi karantin rejiminə əməl etsinlər"