Siyavuş Novruzov: “Hakim partiya radikal müxalifətlə dialoq aparmaq niyyətində deyil”

16 Aprel 2011 01:58 (UTC+04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri aprelin 17-də müxalif İctimai Palatanın "Sahil" bağında planlaşdırdığı qanunsuz aksiyanı müşahidə edəcək. SİA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalitslərə verdiyi açıqlamasında deyib.
O bildirib ki, radikal müxalifətin həyata keçirmək istədiyi aksiya qeyri-qanunidir: "Aksiya YAP-ın baş qərargahının binasının əhatəsində olacaq. Biz də bunu necə lazımdır, izləyəcəyik".
Onun sözlərinə görə, hakimiyyət müxalifətin son vaxtlar atdığı addımlardan və baş verən proseslərdən çəkinmir. S. Novruzov İctimai Palatanın Bibiheybətdə aksiya üçün ayrılan yerdən imtina etməsinin səbəbini anlamadıqlarını da deyib.

O bəyan edib ki, təmsil etdiyi partiya radikal müxalifətlə dialoq aparmaq niyyətində deyil: "Parlamentdə təmsil olunan müxalifət partiyaları ilə müxtəlif məsələləri birgə müzakirə edir, fikir mübadiləsi aparırıq. Azərbaycanın taleyüklü məsələləri müzakirə olunur. Radikal mövqe tutanlarla heç bir dialoq olmayacaq. Radikal müxalifət ancaq düşmənçilik mövqeyi nümayiş etdirir".