Tibb bacısı 34 nəfəri koronavirusa yoluxdurub RUSİYADA

10 Aprel 2020 15:08 (UTC+04:00)

Rusiyanın Ulyanovsk vilayətinin Karsunsk rayon xəstəxanasının tibb bacısı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıtdıqdan sonra işə çıxıb və 34 nəfəri koronavirusa yoluxdurub. SİA xəbər verir ki, bu barədə regionun Səhiyyə nazirliyi məlumat yayıb.

Nazirlikdən dəqiqləşdiriblər ki, tibb bacısı BƏƏ-dən martın 10-da geri dönüb və virus simptomları müşahidə olunmayıb. Eyni zamanda o rəhbərliyə xarici ölkədə olması ilə bağlı məlumat verməyib və martın 13-də işə çıxıb. Martın 30-da ilk simptomlar əmələ gəldikdən sonra o ilkin testdən keçib və müsbət cavab alıb.

RİA Novosti isə bununla bağlı xəbər verir ki, həmin tibb bacısını aprelin 2-də mərkəzi klinik xəstəxanaya normal vəziyyətdə yerləşdiriblər. Aprelin 9-da isə onu xəstəxanadan buraxıblar. Belə ki, növbəti testdən sonra cavab mənfi olub.

Aprelin 10-a olan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində 40 yoluxma halı qeydə alınıb, iki xəstə isə sağalıb.