“Müxalifətin aldığı rol olduqca iyrəncdir” RƏY-ÖZƏL

10 Aprel 2020 14:53 (UTC+04:00)

"Müxalifətin bu ağır dönəm də hay-küy qaldırmasını təxribatdan başqa bir şey deyil". Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu gün koronavirus epedemiyası getdikcə dünyada daha çox geniş yayılır: "Azərbaycan da bu virusdan yan keçməyib. Yəni bizim ölkəmizdə də koronavirusla çox böyük bir mücadilə aparılır. Azərbaycanda koronavirusa qarşı aparılan dövlət səviyyəsində bu mübarizə virusun genişlənməsinin qarşısını almaqdadır. Çox sevindirici haldır ki, Azərbaycan dövləti, bütün dövlət orqanları və başda Prezident İlham Əliyev olmaqla Onun atdığı bütün addımlar və qəbul etdiyi bütün qərarlar, bu təhlükənin qarşısını xeyli almışdır. Yəni əllərindən gələni edirlər ki, biz bu böyük bəladan az itiklərlə çıxaq".

M.Səfərli onu da bildirib ki, aparılan sərt tədbirlər nəticəsində Azərbaycan bu gün İtaliyanın, İspaniyanın, Fransanın, ABŞ-ın vəziyyətinə gəlib çıxmayıbdır: "Belə bir ağır vaxtda acı təəssüf doğuran məsələlərdən biri odur ki, radikal müxalifət yenə də öz ampulasındadır, yenə də ənənəvi olaraq Azərbaycan dövlətinə qarşı çox ciddi çirkab kampaniyası aparır. Bu gün xaricidən maliyyələşən "söyüş qurup"larının üzvləri sosial şəbəkələrin vasitəsi ilə Azərbaycana qarşı çirkab kampaniyası aparırlar. Azərbaycana qarşı fəaliyyət göstərən şər-böhtan şəbəkəsi bu gün daha geniş şəkildə pozuculuq işi aparılır ki, bu da bağışlanmaz xəyanətdən, satqılıqdan başqa bir şey deyil. Müxalifətində aldığı rol olduqca iyrəncdir. Radikal müxalifət düşərgəsini təmsil edən həmin şəxslər həmin sosial şəbəkələrdə ağızlarına gələni danışırlar. Belə bir dönəm də radikal müxalifət təmsilçilərinin bu hərəkətlərindən əl çəkməməsi bunların anti-Azərbaycan şəbəkəsinin tərkib hissəsinin olduğunu göstərirlər. Onların bu cür hərəkətləri tamamilə yanlış hərəkətdir yaxşı olardı ki, onlar bu cür əməllərindən əl çəksinlər. Bir insan ki, öz siyasi məqsədləri üçün hər şeydən istifadə edirsə, bu mənəviyyatsızlıqdır. Belə olan halda onları siyasətçi adlandırmaq olmaz".