Azərbaycan Hökumətlərarası Sazişə müvafiq bəyanat və qeyd-şərtlə qoşuldu

10 Aprel 2020 13:25 (UTC+04:00)

Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.