"Koronavirus itkilərinin ölkəmizdə tezliklə aradan qaldırıla biləcəyinə hər kəs inanır" MÖVQE-ÖZƏL

10 Aprel 2020 13:12 (UTC+04:00)

“Nazirlər Kabinetinin təsdiq etdiyi son Tədbirlər Planı möhtərəm Prezidentimizin dövlət siyasətindəki sosialyönümlülük, ədalətlilik, heç kəsə ayrı seçkilik qoymadan bərabərlik, dayanıqlı və davamlılıq prinsiplərini bir daha sübut etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, bildiyimiz kimi dünyanı bürüyən, eləcə də ən inkişaf etmiş ölkələrdə belə çox ciddi və ağır itki vermiş koronavirus epidemiyası ölkəmizdən də yan keçməyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünyada gedən hər cür prosesləri dərin və iti ağılla dəyərləndirməsi, uzaqgörənlilik və müdriklik nümayiş etdirməsi nəticəsində epidemiyanın ölkəmizdə ağır fəlakətinin qarşısının alınması istiqamətində çox erkən və qəti önləyici tədbirlər həyata keçirilib və tədbirlər bu gün də davam edir. Bunun nəticəsidir ki, ölkəmizdə elə gün yoxdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə koronavirusun istər ümumxalq sağlığının, istərsə də ölkəmizin gələcək iqtisadi inkişafının və əhalinin sosial müdafiəsinin müdafiəsi ilə bağlı ciddi qərar və sənədlər qəbul olunmasın”.

M.İbrahimqızı söyləyib ki, xalqımız ilk gündən bu mübarizədə çox ciddi milli birlik və həmrəylik nümayiş etdirir: “Prezidentin sərəncamının icrası olaraq Nazirlər Kabineti koronavirusla mübarizə məqsədilə çox mükəmməl Tədbirlər Planını təsdiq edib. Bu sənəd koronavirusun sosial sahədə yarada biləcəyi bütün problemlərin riskini demək olar ki, ən minimuma endirmiş oldu. Qısaca olaraq qeyd edim ki, dövlət bütövlükdə mövcud olan bütün yükü öz üzərinə götürmüş oldu. Prezidentimiz bununla da bir daha özünün və dövlətimizin bütün gücü ilə ən çətin məqamlarda xalqımızın və hər bir vətəndaşın yanında olduğunu sübut etmiş oldu. Xüsusi vurğulamaq istərdim ki, qəbul olunmuş bu Tədbirlər Planı möhtərəm Prezidentimizin dövlətimizin həyata keçirdiyi siyasətin təməllərindən olan sosialyönümlülük, ədalətlilik, heç kəsə ayrı seçkilik qoymadan bərabərlik, dayanıqlılıq və davamlılıq prinsiplərinin bu problemə yanaşmada, koronavirusla mübarizə siyasətində də əks olunub. Dəstək proqramlarında koronavirusun zərər verə biləcəyi hətta bir vətəndaş və ya bir sahə belə kənarda qalmayıb. Dünyanın ən inkişaf etmiş ölkələrində hələ də həll olunmamış qalan koronavirus itkilərinin ölkəmizdə tezliklə aradan qaldırıla biləcəyinə hər kəs inanır və əmin idi. Çünki möhtərəm Prezidentimiz hər zaman ən çətin məqamlarda atdığı humanist addımları ilə hər zaman xalqının yanında olduğunu sübut edir”.

Millət vəkili deyib ki, koronavirusun itkilərinin aradan qaldırılmasına problem yarada biləcək səbəblərdən biri də bütün dünya ölkələrində mövcud olan qeyri-rəsmi məşğulluq problemidir: “Kölgə iqtisadiyyatına qarşı müntəzəm olaraq, ciddi mübarizə aparılmasına baxmayaraq, çox təəssüf ki, hələ də bu istiqamətdə problem nəinki Azərbaycanda, hətta ABŞ kimi inkişaf etmiş ölkələrdə belə tam həll olunmamış qalmaqdadır. Çünki, qeyri-rəsmi məşğulluq sahəsində məsuliyyət təkcə hökumətin deyil, həm də vətəndaşın üzərinə düşür. Fəxrlə deyə bilərik ki, bu məsələdə də möhtərəm Prezidentimizin qəti siyasi iradəsinin nəticəsində Nazirlər Kabimeti belə bir mükəmməl Tədbirlər Planını təsdiq edə bildi. Tədbirlər Planına nəzər salsaq, problemdən çıxış yollarına tam sistemli – kompleks şəkildə baxılıb. Sənəddə göstərildiyi kimi, məşğul əhalinin 910 min vətəndaşı dövlət və neft sektorunda çalışır ki, onların da əksəriyyəti ödənişli məzuniyyətə buraxılıb. Bunların bir qismi ya öz çalışdığı işində çalışır və ya karantinlə bağlı evdə “online” işini davam etdirirlər. Bu səbəbdən əmək haqları da dövlət tərəfindən ödənilir. Tədbirlər Planında dövlətin məşğul əhalinin 2-ci seqment üzrə yəni qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları üçün də konkret və çox ciddi tədbirləri nəzərdə tutması eyni zamanda koronavirusdan sonrakı dönəm üçün ölkəmizdə dayanıqlı və davamlı inkişafın qorunması məqsədini daşıyır. Dövlətimiz muzdlu işləyən 600 mindən çox vətəndaşına, koronvirusun birbaşa təsirlərinə məruz qalan əsas 4 sektor və 20 fəaliyyət üzrə çalışanlara yardım nəzərdə tutub. Dövlətimiz həmin sahibkarlıq subyektinin rəhbərinin bank hesabına ödəniş edib. Burada məqsəd sözügedən qurumda çalışan muzdlu vətəndaşın maaşının sahibkarlıq subyekti tərəfindən qarşılanmasıdır. Bütövlükdə bunun üçün 215 manat milyon vəsait ayrılıb”.

Komitə sədrinin müavini vurğulayıb ki, koronavirusun yaratmış olduğu problemlərdən biri də 300 min vətədaşımızın çalışdığı fərdi sahibkarlar və mikrosahibkarlardır ki, bu fəaliyyət sahələrində çalışanlara də dövlət birbaşa minimum 250 manat məbləğinfə yardım edəcək: “Yəni bu sahibkar il ərzində 250 manatdək vənya bundan az ödəniş edibsə, yenə də onlara 250 manat ödəniş olacaq. Əgər 250 manat artıq ödəniş edibsə, məcburi ödənişdən asılı olaraq 5000 manata qədər ödəniş ediləcək. Tədbirlər Planının mükəmməlliyi əhalinin qeyri-rəsmi məşğul hissəsinin məşğulluqdan qeydiyyatının təmin olunması və əlçatanlığı üçün bir neçə sadə mexanizmlərin hazırlanmasıdır. Əhalinim bu təbəqəsinə aid olan vətəndaşlar bu mexanizmlərin birindən istifadə etməklə qısa müddət ərzində qeydiyyata düşərək, onlar üçün nəzərdə tutulmuş müavinəti ( 190AZN) əldə edə biləcəklər. Bu mənada həyata keçiriləcək Tədbirlər Planı ölkəmizdəki koronavirus epidemiyasından sonrakı dövr üçün işsizlərin bir daha dəqiqləşdirilməsində, qeyri formal iş sahələrində çalışanların müəyyənləşməsində önəmli dəstək olacaq”.

Dünyanın bir çox, hətta ən inkişaf etmiş ölkələrinin belə koronovirus pendemiyasının yaratdığı fəsadlardan əziyyət çəkdiyini deyən M. İbrahimqızının sözlərinə görə, belə bir planetar təhlükə ilə mübarizədə dünyanın ən güclü dövlətlərinin bir çoxunda bir sıra tibbi avadanlıqların, hətta elementar tibbi maska, dezinfeksiyaedici məhlullarla bağlı qıtlığın olduğunu müşahidə edirik: “Hətta bir çox ölkələrdə xəstəxanalarda çarpayılar çatışmadığından xəstələr səhra xəstəxanalarında müalicə edilir. Lakin müstəqilliyinin 30 illiyini qeyd etməmiş Azərbaycanda dövlət başçısı tərəfindən qısa müddət ərzində çox böyük işlər görülür. Bu gün bizim ölkəmizdə demək olar ki koronavirusla mübarizə istiqamətində heç bir problem yoxdur. Bu gün karantində saxlanılan vətəndaşlarımız ən yüksək şəraitə malik olan otellər də yerləşdirilib”.

Deputat əlavə edib ki, Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində görülən bütün tədbirlərə baxmayaraq “beşinci kolon”un qalıqları adlanan Əli Kərimli və onun “müttəfiqləri”, azərbaycanlı adına ləkə salan bir qrup fərarari xaricdə oturub ölkəmizə düşmən olan ermənipərəst qüvvələrin maliyyə dəstəyi ilə Azərbaycanda koronovirus pandemiyasına qarşı görülən mübarizə tədbirlərinə kölgə, yaranan milli birliyə ləkə salmaq cəhdləri təəssüfedicidir: “Onların bu gün sosial şəbəkələrdə irəli sürdüyü iddialara baxdıqda insan dəhşətə gəlir. Koronovirusun yayılmasının körpəlikdə uşaqlara vurulan BSJ vaksini ilə əlaqələndirməyə çalışan bu primitiv düşüncəli şəxslərdə nə ədalət, nə reallıq, nə də zərrə qədər obyektivlik olmadığını, bəşəri dəyərlərdən tamamilə uzaq olduqlarını bir daha sübut edir. Azərbaycan dövlətində virusla mübarizə istiqamətində qabaqlayıcı tədbirlərə COVİD-19 ölkəmizdə qeydə alınmamışdan qat-qat öncədən başlanıb. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycanda pandemiya ilə vəziyyət digərlə ölkələrdən dəfərlərlə yaxşıdır. Hətta işğalçı Ermənistanda əhalinin sayı 3 milyon olmasına baxmayaraq orada həm yoluxanların, həm də ölənlərin əhali sayına, xəstələnmələr sayına və müayinə olunanlar sayına münasibətdə bizdən dəfələrlə çoxdur. Mən əminəm ki görülən işlər sayəsində tezliklə bu bəladan xilas olacağıq. Üzümü ziyalılara tutub söyləyirəm ki, bizim bir nömrəli məqsədimiz radikal qüvvələrə, milli dövlətçiliyimizə, müstəqilliyimizə qarşı sarsıdıcı həmlə etmək can atanlara qarşı mübarizə olmalıdır. Bu işdə bərabər olub onların Azərbaycan cəmiyyətdən tamamilə təmizləməliyik. Bu müqəddəs amal uğrunda hər birimizə uğurlar arzulayıram".