Sumqayıtda məişət tullantıları poliqonunda yanğın var

10 Aprel 2020 11:57 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.