Melaniya Tramp ərindən fərqli olaraq maska taxmağı tövsiyə edir FOTO

10 Aprel 2020 11:53 (UTC+04:00)

ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp tibbi maska geyinərək, amerikalıları koronavirus pandemiyası müddətində onun kimi etməyə səsləyib. SİA xəbər verir ki, müvafiq post onun Twitter səhifəsində qoyulub.

“CDS COVID-19-un yayılmasının səbəblərini öyrənməyə davam etməklə yanaşı, insanlara ictimai yerlərdə parçadan olan tibbi maskalar geyinməyi tövsiyə edirlər”, xanım Tramp postunda yazıb.

Bununla yanaşı o diqqət çəkib ki, ilk növbədə sosial məsafəni saxlamaq lazımdır, maskalar isə bu tövsiyənin tərkib hissəsidir.

Xatırladaq ki, Melaniyanın həyat yoldaşı olan ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, o maska taxmaq istəmir.