Tramp kəşfiyyatın xəbərdarlığını "feyk" adlandırdı "SƏHV EDİRLƏR!"

10 Aprel 2020 11:36 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyatının 2019-cu ildə koronavirus pandemiyası ilə bağlı verdiyi informasiyanın feyk olduğunu bildirib. O, bu barədə özünün Twitter səhifəsində yazıb.

“Bu feyk xəbərləri ABC ABC News tərəfindən verilib. Onlar yalan xəbəri yayanda da bilirdilər ki, səhv edirlər!”, deyə Tramp yazıb.

Qeyd edək ki, aprelin 8-də ABC News ABŞ kəşfiyyatının guya prezident Donald Tramp administrasiyasını hələ 2019-cu ilin noyabrında koronavirus təhlükəsi ilə bağlı xəbərdar etdiyini bildirib. Guya onda kəşfiyyatçılar məruzə ilə çıxış edərək infeksiya barədə məlumat veriblər. Hətta Uhan sakinlərinin tədricən yoluxduğu, gələcəkdə isə regiona və biznesə ağır təsirləri barədə də informasiyalar təqdim olunub. Sənəddə həmçinin qeyd edilib ki, virusun yayılması pandemiya halına keçə bilər və s.