Gürcüstanda koronavirusa yoluxanların sayı 227 nəfərə çatıb

10 Aprel 2020 10:58 (UTC+04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 227 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə xəstəliklərin monitorinqi üzrə xüsusi saytda qeyd olunub.

Bildirilir ki,sağalanların sayı 52, karantində saxlanılanlar 4828, onlardan 410-u stansionar müalicədə olanlar, 3 nəfəri isə həyatlarını itirənlərdir.

Qeyd edək ki, Gürcüstanda ilk infeksiyaya yoluxma halı fevralın 26-da qeydə alınıb.