“Əmircana virtual səyahət”

10 Aprel 2020 11:50 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Əmircana virtual səyahət” adlı videoçarx hazırlayıb. SİA-nın məlumatına görə, qədim tarixi və memarlıq abidələri olan Əmircan kəndi, bu kəndin yetirmələri olan tanınmış simalar videoçarxda öz əksini tapıb.