Natiq Şirinov evlərinizin qonağı olacaq FOTO

10 Aprel 2020 12:12 (UTC+04:00)

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov evindən izləyicilərin görüşünə gələcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışına qoşulan musiqiçi tamaşaçılara zərb alətlərimizdən danışacaq, ritmik muğamları ifa edəcək.

Musiqili görüşü bu gün saat 17.00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Natiq Şirinovun - @natiqritm “İnstagram” hesablarından canlı izləmək olar.