Türkiyədə zəlzələ qeydə alınıb

10 Aprel 2020 07:09 (UTC+04:00)

Türkiyənin Ordu vilayətində 4 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:23-də qeydə alınıb.

Zəlzələnin episentri Korgan rayonunda olub.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ yaxın vilayətlərdə də hiss olunub.