PKK tərəfindən törədilən ağır terror aktına görə 5 nəfər şübhəli şəxs qismində həbs olunub

10 Aprel 2020 05:35 (UTC+04:00)

Aprelin 8-də Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunun Güleç məhəlləsində PKK tərəfindən törədilən ağır terror aktına görə 5 nəfər şübhəli şəxs qismində həbs olunub, daha bir nəfərin axtarışı davam edir.

SİA xəbər verir ki, həbs edilənlərin bəziləri əvvəllər də terror təbliğatı apardıqları üçün məsuliyyət' cəlb olunublar.

Qeyd edək ki, törədilən terror aktı nəticəsində 5 mülki şəxs ölüb.