2019-cu ildə respublikamızda 102 ixtira patenti verilmişdir

10 Aprel 2020 03:05 (UTC+04:00)

2019-cu ildə ixtira üzrə 102 ixtira patenti verilmişdir. Bu isə 2018-ci ildəkindən 32 patent çoxdur.

SİA xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib. Hesabatda bildirilir ki, 2019-cu ildə faydalı modellərə dair 16 patent, sənaye nümunələrinə dair 32 patent verilib.

Həmin dövr ərzində coğrafi göstəricilər üzrə 5 patent verilib.

2019-cu ildə respublikanın elmi müəssisələrində 134 elmi problemin 522 mövzusu üzrə 1600-ə yaxın elmi tədqiqat işləri aparılıb, 120 milyon manatdan yuxarı elmi-texniki işlər yerinə yetirilib. Bu işlərin 52%-ni fundamental tədqiqatlar, 11,4%-ni tətbiqi tədqiqatlar, 16,6%-ni isə layihə-konstruktor və texnoloji işlər təşkil edib. Tədqiqatların nəticəsinə görə 30-dan çox iş istehsalatda tətbiq edilib. 90 ixtira patenti alınıb.