Türkiyədə qanunsuz yollarla ölkədən çıxarılan dezinfeksiya vasitələri ələ keçirilib

10 Aprel 2020 02:34 (UTC+04:00)

Türkiyənin Ədirnə şəhərinin İpsala sərhəd-keçid məntəqəsində qoşqulu avtomobilin içərisində ölkədən qanunsuz yollarla çıxarılmaq üzrə olan dezinfeksiya vasitələri ələ keçirilib.

SİA xəbər verir ki, Türkiyədə qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat zamanı aşkarlanan malların Fransaya aparılması nəzərdə tutulurmuş.

Aşkarlanan vasitələr arasında 767 min tibbi maska, 12 min antibakterial yaş salfet və 4080 ədəd dezinfeksiya vasitəsi olub.