Almaniyanın “Herta” klubuna yeni baş məşqçi təyin olunub

9 Aprel 2020 21:52 (UTC+04:00)

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məlum olub.

SİA klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.

54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” klublarını çalışdırıb.