Nərimanov rayonunda motosikletin vurduğu qadın sınıq xəsarəti alıb

9 Aprel 2020 23:36 (UTC+04:00)

Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

SiA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.